DGK İSM “Gömrükçü”İK-nın güləş üzrə açıq birinciliyinə start verilib

 

 

 

Dekabrın 24-də Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun  kiçik yaşlı yeniyetmələr (2004-2006-cı illər təvəllüdlü) arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq birinciliyinə start verilib. Yarışın açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük-xidməti polkovniki Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Samir Salehov iştirak edirdilər. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Ölkəmizdə idmançılar üçün hər cür şəraitin yaradıldığını deyən Xəzər İsayev bu cür yarışların keçirilməsində əsas məqsədin kiçik yaşlı yeniyetmələrin təcrübələrinin artırılması olduğunu bildirib. MOK-un vitse-prezidenti Xəzər İsayev yarışın əlamətdar bir günə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ad gününə təsadüf etdiyini xüsusi vurğulayıb. Daha sonra Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idarə heyəti, AGF və idmançıları adından ölkə başçısı cənab İlham Əliyevə təbrik müraciəti oxundu. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarışlar açıq elan olundu.

Birincilikdə paytaxt klublarından əlavə digər bölgələrdən də klublar iştirak edir. Yarışda 16 ölkədən 164 idmançı öz qüvvəsini sınayır.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın atleti Bakı ikincisi olub

  Yanvarın 11-12-də Respublika Olimpiya Manejində atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük …