DGK İSM “Gömrükçü”İK-nın boksçusu Bolqarıstanda keçirilən ənənəvi turnirdə bürünc medal qazanıb

Fevralın 13-dən 20-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində Azərbaycan millisi 2 bürünc medal qazanıb.

Həmin medallara 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev və 75 kq çəkili Aynur Rzayeva sahib olub. Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar. Qeyd edək ki, Aynur Rzayeva Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisidir. 70-ci dəfə təşkil olunmuş turnirdə 43 ölkədən 360 boksçu mübarizə aparıb.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …