DGK İSM “Gömrükçü”İK-nın boksçuları Azərbaycan çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar

 

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Boksçularımızdan Elvin İsayev (64 kq) birinci, Sürət Qarayev (91 kq) üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, Elvin İsayev klubun boks üzrə məşqçi-müəllimi Oqtay İbrahimovun, Sürət Qarayev isə klubun boks üzrə məşqçi-müəllimləri Samir Həsənov və İsgəndər Rizayevin yetirməsidir.

Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti yiyələndiyi halda, “üçlüy”ü “Sədərək” İK qapayıb.

Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Firuz Novruzov (“Sədərək” İK) isə ən yaxşı məşqçi seçiliblər.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

 

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …