DGK İSM “Gömrükçü”İK-nın boks üzrə Açıq birinciliyi uğurla yekunlaşıb

dscn5629

Noyabrın 17-19-da “Rabitə” İdman Klubunun boks zalında “Milli Dirçəliş Günü”nə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman klubunun boks üzrə Açıq birinciliyi keçirilib. Yarışda 10-dək klubdan 60-dək boksçu mübarizə aparıb. Böyükyaşlı rinq ustaları arasında keçiriləcək yarışda DGK İSM “Gömrükçü”İK-nı 3 komanda təmsil edib. Gərgin keçən yarışlarda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. “Gömrükçü”İK-nın təmsilçiləri 2 qızıl, 5 gümüş, 9 bürünc medalla ümumi hesabda birinci pillədə qərarlaşıblar. Qızıl medalları komandamızın aktivinə Vüqar Hacıyev (49 kq), Elşad Muradov (69 kq) yazdırıb. Ülvi Eyyubov (75 kq), Nofəl Nəsibov (81 kq), İkram Sultanov (+91 kq), Elnur Muradov (49 kq), Qulaməli Aslanov (91 kq) gümüş medallara sahib çıxıb. Tahir Məmmədov (56 kq), Elduz Əliyev (60 kq), Ağa Aslanov (64 kq), Cavid Ağayev (64 kq), Cavad Məhəmməd Samir (75 kq), Orxan Hacıyev (75 kq),  Tural Səməddinov (81 kq), Ruslan Mehrəliyev (+91 kq), Əli Rəhimov (+91) bürünc medallar əldə edib. Ümumi hesabda ikinci və üçüncü yerləri müvafiq olaraq DİN İC və “Qızıl Əlcək” klubunun təmsilçiləri tutublar.

dscn5621

dscn5627

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …