DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

Mayın 12-dən 14-dək Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun “28 May Respublika günü”nə həsr olunmuş boks üzrə açıq çempionatı keçirilib. Yarışda 10 klubdan 69 idmançı mübarizə aparıb. Təmsilçilərimizdən Nicat Zaman (49 kq), Elşad Muradov (81 kq), Ağaməmməd Əhmədov (91 kq) qızıl, Elnur Muradov (52 kq), Ravid Sənayev (56 kq), Laçın Balakişiyev (75 kq), Qulaməli Məmmədov (91 kq) gümüş medallara layiq görülüblər. Ümumi komanda hesabında “Gömrükçü”İK-nın komandası 3 qızıl, 4 bürünc medalla birinci pillədə qərarlaşıb. Azərbaycan Texniki Universitetin komandası ikinci, Səbail İdman Klubunun dəri əlcək ustaları isə üçüncü olublar.

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …