DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

Avqustun 1-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun boks üzrə açıq birinciliyi keçirilib. Yarışda “Gömrükçü” İK ilə yanaşı, 10 (Cənub İK, Binəqədi, AZTU, Yasamal, Zirvə, Ağcəbədi, Astara, Lənkəran) komandadan 50 idmançı mübarizə aparıb.Yarışın açılış mərasimində “Gömrükçü”İdman Klubunun boks üzrə baş məşqçi-müəllimi Samir Həsənov idmançılara öz tövsiyyələrini verib. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib. Ümumi hesabda “Gömrükçü” İdman Klubu 1-ci, Lənkəran komandası 2-ci, Astara komandası isə üçüncü pillədə qərarlaşıb.Yarışın mükafatçıları diplom medal və hədiyyələrlə müküfatlandırılıblar.Qeyd edək ki, yarış Nazirlər Kabineti Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …