DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

 

Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun boks üzrə açıq birinciliyi keçirilib. 2001-2002,2003-2004,2005-2006-cı illər təvəllüdlü idmançıların iştirak ilə keçirilən yarışda “Gömrükçü” İK ilə yanaşı, 12 komandadan 90 idmançı mübarizə aparıb. Yarışın açılış mərasimində boks üzrə 11 dəfə Azərbaycan çempionu, hərbiçilər arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı, ABF-nin baş hakimi Ceyhun Əbiyev, eləcə də Gömrükçü İdman Klubunun boks üzrə məşqçi-müəllimi Samir Həsənov iştirak edərək idmançılara öz tövsiyyələrini veriblər.  Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib. Yarışın mükafatçıları diplom medal və hədiyyələrlə müküfatlandırılıblar.

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüş olub

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən komandanın …