DGK İSM “Gömrükçü”İK-nın atleti “Kuldiga Catherines Cup” beynəlxalq turnirinin qızıl medalına sahib olub

 

Latviyada atletika üzrə “Kuldiga Catherines Cup” beynəlxalq turniri keçirilib.

Səkkizinci dəfə təşkil olunan yarışda ölkəmizi yığma komandanın tərkibində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü 60 metr məsafəyə sədlərlə qaçış yarışlarında Rahib Məmmədov təmsil edib.

Məşqçi Elvin Əliyevin rəhbərliyi altında mübarizə aparan atletimiz 8 saniyə nəticə ilə turnirin qızıl medalına sahib olub.

İlk üçlüyü litvalı idmançılar Saulius Rapolas və Vrasinskas Martinas tamamlayıblar.

Qeyd edək ki, turnirdə 17 ölkədən 200-dən artıq atlet qalib adı uğrunda yarışıb.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …