DGK İSM “Gömrükçü”İK-nın aprel şəhidlərinin xatirəsinə həsr olunmuş çempionatı keçirilib

Aprelin 7-8-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında aprel şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun boks üzrə açıq çempionatı keçirilib. Yarışda “Gömrükçü”İK ilə yanaşı, “Sərhədçi”İOM, “Cənub”İK, “Yardımlı-Viləş”, “Astara”İK, “Çempion”İK-dan 95 idmançı mübarizə aparıb.  Tədbirin açılış mərasimində çıxış edən “Gömrükçü”İK-nın direktoru Ramil Məmmədov və “Gömrükçü”İK-nın boks üzrə məşqçisi Samir Həsənov vurğulayıblar ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Bildirilib ki, Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazıblar. Aprel şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

  Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət …