DGK ISM “Gömrükçü”İK-nın Açıq birinciliyi keçirilib

Noyabrın 4-5-də Masazır qəsəbəsi “Yeni Bakı” Yaşayış Kompleksində karate üzrə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun karate üzrə Açıq birinciliyi keçirildi. Yarışda 11 klubdan 7-8, 9-10, 11, 12-13 yaş kateqoriyaları üzrə 30 çəki dərəcəsi üzrə 147 idmançı qüvvəsini sınayıb. Kontakt karate və şotokan üzrə keçirilən yarışları 10 hakim idarə edib. Birinciliyin açılış mərasimində DGK İSM “Gömrükçü” İK-nın direktoru Ramin Məmmədov, Kontakt Karate Federasiyasının prezidenti Ariz Ağayev, Layt Kontakt Karate Federasiyasının prezidenti Ayaz İbişov, Kontakt Karate Federasiyasının baş katibi Təbriz Bəgaliyev, Kontakt Karate Federasiyasının baş məşqçisi Həsən Quliyev, Avropa və dünya çempionu Rəşad Vəliyev iştirak edirdilər.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib. Yarışda ümumi hesabda  DGK İSM “Gömrükçü”İK-nın karateçiləri 17 qızıl, 2 gümüş, 2 bürünc medalla birinci pillədə qərarlaşıblar. 2-ci yerə “Sumqayıt” Karate Klubu, 3-cü yerə isə “Qara Qaplan” Karate Klubu layiq görülüblər.

 

Karateçilərimizin qazandıqları nəticələri oxucularımıza təqdim edirik:

Şotokan karate

I yer

Qasımov Ramiz (25 kq, 6-7 yaş)

Qasımov Aydın (20 kq, 6-7 yaş)

Babaşov Murad (40 kq, 9-10 yaş)

Hacıyev Bünyam (35 kq, 9-10 yaş)

İsmayılov Nihat (30 kq, 7-8 yaş)

Əliyev Vüqar  (45 kq, 11 yaş)

İsgəndərova Yeganə ( 30 kq, 9-10 yaş)

Qəhrəmanov İlqar (40 kq, 11 yaş)

Məmmədli İlham (40 kq, 12-13 yaş)

II yer

İsgəndərov  Abdul (35 kq, 11 yaş)

Məmmədov Samir (40 kq, 12-13 yaş)

III yer 

Quliyev  Əbdülhüseyn (35 kq, 9-10 yaş)

Kontakt karate

I yer

İsgəndərov Abdul (35 kq, 11 yaş)

Cəfərov İslam (20 kq, 6-7 yaş)

Həsənov Firudin (21 kq, 8 yaş)

İbrahimli Nəcməddin (24 kq, 10 yaş)

Səfizadə Qafarəli (27 kq, 11 yaş)

Allahverdiyev Nihat (30 kq, 10 yaş)

Rüstəmzadə Aqil (34 kq, 12 yaş)

Cəfərli Nurlan (42 kq, 12 yaş)

III yer 

Rüstəmzadə Pünhan (34 kq, 9 yaş)

 

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …