DGK İSM və “Gömrükçü”İK-nın əməkdaşları fəxri ada layiq görülüblər

Bu gün Gənclər və İdman Nazirliyində 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup idman mütəxəssisinə fəxri adlar verilib.
Onlar arasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin və  “Gömrükçü”İdman Klubunun əməkdaşları da var. Belə ki, DGK İSM-ın kadrlar şöbəsinin baş inspektoru, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, taekvondo üzrə dünya və Avropa çempionu Niyaməddin Paşayev  və “Gömrükçü”İdman Klubunun boks üzrə baş məşqçi-müəllimi İskəndər Rizayev “Əməkdar məşqçi” adına layiq görülüblər. İdmanın inkişafında xidmətləri olan mütəxəssislərimiz təbrik edir,gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …