DGK İSM “Gömrükçü” İK-nın üzvləri 2017-ci ilin ilk 6 ayı ərzində 40 qızıl, 25 gümüş, 47 bürünc medal qazanıblar

2017-cı ilin yanvar ayından iyul ayınadək Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun İdman Təlim və Xüsusi Fiziki Hazırlıq şöbəsində fəaliyyət göstərən müxtəlif idman növləri üzrəidmançılarımız bir sıra uğurlu nəticələr əldə etmiş, peşəkar və yüksək səviyyəli məşqçi-müəllimlərin səmərəli fəaliyyəti nəticəsində təmsilçilərimiz Açıq birinciliklərdə, Respublika, Beynəlxalq,Avropa, Dünya birinciliklərində və çempionatlarında eləcədə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək müvəffəqiyyətlərə nail olmuşlar. 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında stend atıcılığı, üzgüçülük, yüngül atletika, taekvondo və zorxana kimi idman növlərində idmançılarımız məharətlə çıxış etmişlər. Taekvondo idman növündə Klubun təmsilçisi AbakarovaPatimatSerajutdinovna qızıl medal, atletika idman növündə Məmmədov Rahib Rafiq oğlu 110 metr məsafəyə sədlərlə  qaçış üzrə gümüş medal və zorxana idman növündə Güləliyev Rüfət Zakir oğlu şəxsi birincilikdə qızıl medal, komanda hesabında gümüş medala sahib olmuşdur.

08.12.2016-cı il tarixdən 06.01.2017-ci il tarixədək Dövlət Gömrük Komitəsinin 17 dekabr 2002-ci il tarixli 089 saylı əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası gömrük orqanlarında xüsusi fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimatın” tələblərinin yerinə yetirilməsi və gömrük orqanı əməkdaşlarının fiziki cəhətdən sağlamlığını təmin etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş futzal idman növü üzrə çempionat keçirilmişdir.

22.01.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi 111 saylı orta məktəbin idman zalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun “20 yanvar” şəhidlərinin 27 illiyinə həsr olunmuş Şaolin Döyüş Sənəti idman növü üzrə açıq birinciliyikeçirilmişdir.

05.03.2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 225 saylı tam orta məktəbin idman zalında Kontakt Karate Federasiyasının nəzdində fəaliyyət göstərən şotokan karate idman növü üzrə açıq birincilik keçirilmişdir.

28.03.2017-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun bədii gimnastika idman növü üzrə “Bahar Kuboku” keçirilmişdir.

05-09.05.2017-ci il tarixlərində “Cənub” İdman Klubunun zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun böyüklər,  gənclər və yeniyetmələr arasında boks idman növü üzrə açıq birinciliyi keçirilmişdir.

Onuda qeyd etmək olar ki, bu il iyunun 12-dən 26-na qədər Qax rayonunda  boks, sərbəst və yunan-Roma güləşi idman növləri üzrə təlim-məşq toplanış məşğələlərikeçirilmişdir.

Təlim- məşq toplanış məşğələlərində idmançılara məşqçi-müəllimlər tərəfindən müasir metodiki məsələlər üzrə tövsiyələr verilmişdir. İdmançıların təkmilləşməsi, peşakarlıqlarının və yüksək idman ustalıqlarının artırılması, eləcə də tədris proqramının tələblərinin yerinə yetirilməsi,onların respublika və beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etmələri üçün təkliflər verilmişdir.

Beləliklə  ilin sonuna kimi  “Gömrükçü” İdman Klubunda fəaliyyət göstərən  müxtəlif  idman növləri üzrə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Mövcud olan Olimpiya və qeyri-Olimpiya idman növlərinin Klubda fəaliyyət göstərməsi və inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür,  yeni idman bölmələrinin açılması nəzərdə tutulur.

Hazırda Klubda Olimpiya idman növlərindən Karatenin WKF növü, Boks, Sərbəst güləş, Yunan-Roma güləşi, Taekvondo, Cudo, Üzgüçülük,Stend atıcılığı, İdman Dırmanması, Futbol, Qeyri- Olimpiya idman  növlərindən Kikboksinq, Çerlidinq, Kempo-karate və Kobudo, Kik-citsu, Uşu-sanda, Muay-tay, Pouerliftinq, Kontakt karate, Budo, Şaolin döyüş sənəti və Şahmat idman növləri mövcuddur.

Klubda fəaliyyət göstərən təcrübəli məşqçi-müəllimlərin qruplarının düzgün komplektləşdirilməsi, təlim-məşq prosesinin, dərs proqramlarının yerinə yetirilməsi, idmançıların fərdi qabilliyyətlərini nəzərə alaraq perspektiv planların hazırlanması, idmançıların iştirak  edəcəyi yarışlar üçün fərdi tədris planının hazırlanması, yeni idmançıların Kluba üzv olunması ilə bağlı geniş müzakirələr aparılmışdır.

2017-ci ilin ilk 6 ayının hesabatına əsasən 11 idman növü üzrə qazanılan medalların ümumi sayı 40 qızıl, 25 gümüş, 47 bürünc medal təşkil edir.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …