DGK İSM “Gömrükçü” İK-nın taekvondoçusu Yay Deflimpiya Oyunlarına qatılacaq

İyulun 17-də Türkiyənin Samsun şəhərində XXIII Yay Deflimpiya Oyunlarına (Deaflympics 2017) start verilib. Türkiyənin Samsun şəhərində Yay Olimpiya Oyunları (Deaflympics) davam edir. Dörd ildən bir eşitmə əngəlli idmançılar arasında keçirilən Oyunlara 97 ölkədən 3100-dən çox idmançı qatılıb. İdmançılar yarışlarda 216 dəst medallar uğrunda mübarizə aparacaqlar.

Ölkəmiz bu yarışda 3 idman növündə təmsil olunur.

Ümumilikdə 5 idmançımız cüdo, taekvondo və yunan-Roma güləşi idman növlərində mübarizəyə qoşulacaq.

İlk dəfə ölkəmizi bu yarışlarda bir eşitmə əngəlli taekvondoçumuz təmsil edəcək.
Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Sumqayıt şəhərində fəaliyyət göstərən 2 saylı nümayəndəliyinin baş məşqçisi Vurğun Cəfərovun yetirməsi Şaiq Osmanov da (-68 kq) medallar üğrunda mübarizə aparacaq.

Bu gün qardaş ölkəyə yola düşən baş məşqçi Vurğun Cəfərov və idmançımız Şaiq Osmanov 29-30 tarıxlərində keçiriləcək olan taekvondo yarışlarına qatılacaq. Qeyd edək ki, nümayəndə heyətimiz oyunların proqram əsasında nəzərdə tutulmuş tədbirlərdə də iştirak edəcəklər.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …