DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları  uşaqlar arasında 7-ci beynəlxalq “Zirvə Oyunları”nda uğurla çıxış ediblər

Mayın 11-də “Zirvə” İdman Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş uşaqlar arasında 7-ci beynəlxalq “Zirvə Oyunları” keçirilib. Taekvondo üzrə keçirilən yarışlarda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Məşqçi-müəllimlər Müqabil Məmmədov və Vurğun Cəfərovun rəhbərliyi altında yarışa qatılan komandamızın üzvləri uşaqlar və yeniyetmələr arasında uğurlu çıxışları ilə yadda qalıblar. Ziya Həsənli (33 kq) qızıl, Zeynəb Məmmədova (37 kq), Hüseyn Mirzəməmmədov (49 kq), Nicat Hacıyev (53 kq) gümüş, Məryəm Məmmədova (33 kq), Gülay Heybətova (33 kq), Malik Abbasov (37 kq), Nəzrin Muradova (47 kq), Bahadur Nuruzadə (49 kq), Sədi Mənsumov (53 kq), Yusif Şükürov (53 kq) bürünc medallar qazanıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …