DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları Ümumrusiya turnirində fərqləniblər

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində taekvondo üzrə Ümumrusiya turniri keçirilib. Yarışda  Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 3 yeniyetmə və 4 böyukyaşlı taekvondoçusu qüvvəsini sınayıb. Komandamızın üzvləri 2 gümüş, 3 bürünc medal əldə ediblər. Klubun məşqçisi Müqabil Məmmədovun yetirmələri Saməddin Əliyev ( – 74 kq) gümüş, Raul Əsədli (- 49 kq ) və Vüqar Abdullayev (54 kq) bürünc medallara sahib çıxıblar. Klubun məşqçisi Vurğun Cəfərovun yetirmələrindən isə  Fizam Mehtiyev ( – 63 kq ) gümüş,  Nihad Abbasov ( – 45 kq ) bürünc medal qazanıblar.

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …