DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları “Turkish Open” beynəlxalq turnirində uğurla çıxış ediblər

 

 

 

Bu il fevralın əvvəlində böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası İstanbulda təşkil edilmiş “Turkish Open” G1 kateqoriyalı beynəlxlaq turnirdən vətənə altı (3 qızıl və 3 bürünc) medalla dönüb. Qeyd edək ki, həmin turnirdə yığmamız 16 taekvondoçu ilə təmsil olunub. 2020-ci ilin ilk yarışı olan açıq çempionatda yığma komandanın heyətində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Klubun üzvləri Milad Beigi Hərçəqani (80 kq) qızıl, Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə bürünc medallar əldə ediblər.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …