DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları ölkə çempionatı və birinciliyində uğurla çıxış ediblər

 

Rio-2016-nın bürünc mükafatçısı Patimat Abakarova ölkə çempionatının qızıl medalını qazanıb

Yanvarın 17-dən 19-dək Sərhədçi İdman Olimpiya Mərkəzində taekvondo üzrə gənclər arasında respublika birinciliyi, yanvarın 20-21-də isə ölkə çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu gənclər və böyüklər arasında 42 idmançı təmsil edib. Yarışlarda məşqçi-müəllim Müqabil Məmmədov və Tərənnüm Bayramovun rəhbərliyi altında Bakı 1 saylı “Gömrükçü” İK, məşqçi-müəllim Vurğun Cəfərovun rəhbərliyi altında Sumqayıt 2 saylı “Gömrükçü” İK, məşqçi-müəllim Kazım Kazımovun rəhbərliyi altında Göyçay 5 saylı “Gömrükçü”İK-nın taekvondoçuları təmsil ediblər.
Gənclər arasında keçirilən yarışlarda DGK İSM “Gömrükçü”İK-nın qazancı 5 qızıl, 1 gümüş, 4 bürünc medal olub. Oğlanlar arasında 1 qızıl, 1 gümüş, 2 bürünc, qızlar arasında 4 qızıl, 1 gümüş, 2 bürünc medal əldə olunub. Yarışda əldə edilən nəticələrə görə komandalar hesabında Qəbələ İ.K. ilk pilləyə sabib olub. M.O.İ.K. ikinci, 5 saylı “Gömrükçü” İK. üçüncü, 1 saylı “Gömrükçü” İK. dördüncü, T. İsmayılov isə beşinci pillədə yer alıb.
Böyüklər arasında keçirilən yarışlarda isə 2 qızıl, 1 bürünc medal əldə olunub. Kişilər arasında taekvondoçularımız 1 qızıl, 1 bürünc, qadınlar arsında isə 1 qızıl medal əldə ediblər.
Taekvondoçularımızın əldə etdikləri nəticələri oxucularımıza təqdim edirik.
Böyüklər arasında ümumi Komanda hesabında “Gilan” İ.K. ilk pilləyə sabib oldu. “Neftçi İK”İB ikinci, MOİK. üçüncü, DİN İC dördüncü, 2 saylı “Gömrükçü” İK. isə beşinci pillədə qərarlaşıb.

Qızlar
I yer
Mirvari Qənbərli (42 kq, 1 saylı “Gömrükçü” İK)
Mehriban Məmmədova (44 kq, 2 saylı “Gömrükçü” İK)
Nərmin Süleymanova (52 kq, 5 saylı “Gömrükçü” İK)
Zalikə Babayeva (49 kq, 5 saylı “Gömrükçü İK”)

II yer
Sənubər Əşrəfova (46 kq 2 saylı “Gömrükçü” İK)

III yer
Zeynəb Gülüşova (44 kq, 5 saylı “Gömrükçü” İK)
Nərgiz Məmmədzadə (46 kq, 5 saylı “Gömrükçü” İK).

Oğlanlar
I yer
Məhəmməd Əlizadə (48 kq, 1 saylı “Gömrükçü” İK)

II yer
Xanoğlan Kerimov (45 kq,2 saylı “Gömrükçü” İK)

III yer
Taleh Süleymanov (59 kq, 1 saylı “Gömrükçü” İK”)
Famil Rüstəmov (51 kq, 5 saylı “Gömrükçü İK”)

Kişilər
I yer
Fizam Mehdiyev (58 kq, 2 saylı “Gömrükçü” İK)

III yer
Kənan Süleymanov (68 kq, 5 saylı “Gömrükçü İK”)

Qadınlar
I yer
Patimat Abakarova (57 kq, 1 saylı “Gömrükçü İK”)

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …