DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları Klublararası Avropa çempionatında uğurla çıxış ediblər

Fevralın 6-dan 9-dək Türkiyənin İstanbul şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən 6-ci Klublararası Avropa çempionatı keçirilib. Avropa çempionatında gənclərdən ibarət milli yığma komandamız 17 idmançı ilə təmsil olunub.

Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klubu ilə yanaşı, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançıları da bu yarışda qüvvələrini sınayıblar. Komandamızın üzvlərindən klubun məşqçi-müəllimi Müqabil Məmmədovun yetirmələri Taleh Süleymanov (73 kq) qızıl, Ayaz Qəmbərli (51 kq) gümüş medal qazanıblar. Klubun məşqçi-müəllimi Vurğun Cəfərovun yetirmələri Xanoğlan Kərimov (48 kq) gümüş, Nihad Abbasov (45 kq) bürünc, klubun məşqçi-müəllimi Kazım Kaımovun yetirmələri Ofeliya Allahverdiyeva (42 kq) gümüş, Yaşar Məmmədli (51 kq) isə bürünc medallara sahib çıxıblar.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …