DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları Bakı birinciliyində 21 medal qazanıblar

Aprelin 19-dan 21-dək Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində açıq Bakı birinciliyi keçirilib. Bakı şəhəri və bölgələrdən 48 taekvondo bölmə və klublardan 550 idmançının iştirak etdiyi yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri klubun məşqçiləri Müqabil Məmmədov, Vurğun Cəfərov və Kazım Kazımovun rəhbərliyi altında qüvvələrini sənayıblar. Təmsilçilərimiz Bakı birinciliyində 3 qızıl, 8 gümüş, 10 bürünc medal qazanıblar. İdmançılarımızdan Röya Süleymanova (49 kq), Yaşar Məmmədli (63 kq), Taleh Süleymanov (78 kq) qızıl, Məryəm Məmmədova (33 kq),  Məryəm Vəlizadə (42 kq), Sona Ağayeva (44 kq), Bahadur Nuruzadə (45 kq), Səriyyə Bağırova (51 kq),  Qənbərli Mirvari (52 kq), Ayla Bayramlı (52 kq), Nicat Hacıyev (53 kq) gümüş, Malik Abbasov (37 kq), Nuri Rəvanə (37 kq), Nərgiz Kazımova (37 kq), Mirhilal Həsənov (45 kq), Kənan Məmmədov (45 kq), Hüseyn Mirzəməmmədov (49 kq), Sədi Mənsumov (53 kq), Yusif Şükürov (53 kq), Allahyar Cəfərov (63 kq), Elməddin İsayev (63 kq) bürünc medallara sahib çıxıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …