DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları 4 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar

 

Sentyabrın 29-30-da Azərbaycan Boks Mərkəzində “Qafqaz” Taekvondo Klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yeniyetmələr arasında Açıq birincilik keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları da uğurla mübarizə apararaq 4 qızıl, 1 gümüş, 4 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Zeynəb Məmmədova (33 kq), Nəriman Süleymanov (37 kq), Gülnar Ələkbərova (59 kq), Ömər Məmişzadə (65 kq) qızıl, Səadət Quliyeva (37 kq) gümüş, Emiliya Allahverdiyeva (29 kq), Məryəm Vəlizadə (41 kq), Aysu Məmmədova (44 kq), Kənan Alışlı (53 kq) bürünc medallar qazanıblar.

 

 

 

 

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …