DGK İSM “Gömrükçü” İK-nın təmsilçisi xatirə turnirində gümüş medal qazanıb

Avqustun 31-dən sentyabrın 5-dək Gürcüstanın Svaneti vilayətində yerləşən Mestia şəhərində idman dırmanması üzrə əfsanəvi dağçı Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnir keçirilib. İdmançılar süni relyefdə sürət və çətinlik, eləcə də təbii qayalarda keçirilən fərdi yarışlarda qüvvələrini sınayıblar.

14248887_1078220322231832_1055208078_n 14218382_1078219842231880_579933893_n
14269653_1078220328898498_1483341976_nYarışda Azərbaycanın 9 (3 qadın, 6 kişi) idmançısı yığma komandanın tərkibində çıxış edib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu kişilər arasında Çingiz Tağızadə, Fərid Şahbazov, Ruslan Məmmədov, qadınlar arasında Aysel Sultanova təmsil edib. Kişilər arasında süni relyefdə keçirilən yarışlarda komandamızın üzvü Çingiz Tağızadə çempionluğun bir addımlığında büdrəyərək gümüş medal qazanıb.

 

14248881_1078267605560437_1355463471_nTəmsilçilərimizin topladıqları ümumi xalların cəminə (196 xal) əsasən Azərbaycan yığma komandası Gürcüstan komandasını üstələyərək Mixail Xerqiani Kubokuna sahıb çıxıb. Xatırladaq ki, iyul ayında keçirilən Gürcüstanın açıq çempionatında da yığmamız birinci pillədə qərarlaşmışdı.

14218056_1078237868896744_617086458_n

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …