DGK İSM “Gömrükçü” İK-nın təmsilçisi Avropa çempionatının gümüş medalını qazanıb

8-dən 11-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa çempionatı keçirilib. Yarışda Azəbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında ölkəmizi 11 idmançı təmsil edib. G4 kateqoriyalı yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzini Patimat Abakarova (49 kq), Xanoğlan Kərimov (63 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı),  medallar uğrunda mübarizə aparıb. Sevindirici haldır ki, komandamızın üzvlərindən Milad Beigi Hərçəqani Avropa çempionatının gümüş medalını qazanıb. Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …