DGK İSM “Gömrükçü” İK-nın stolüstü tennisçiləri Azərbaycan çempionatında uğurla çıxış ediblər

 

Fevralın 4-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb. Şəxsi və komanda xarakteri daşıyan çempionatda 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır. Açılış mərasimində çıxış edən federasiyanın vitse-prezident Fazil Məmmədov  ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etmişdir.  Cari ildə Macaristanda idmançılarımız 1 gümüş və 1 bürünc medal, Rusiayada 1 qızıl , 2 gümüş və 1 bürünc medal qazanmasını  vurğulamış və idmançıları təbrik etmişdir. Yarışda DGK İSM “Gömrükçü” İK-nın təmsilçiləri də çıxış ediblər. Klub idmançılarından  Məryəm İmanova 2 qızıl (qarışıq və qoşa cütlüklər), 1(şəxsi yarışlar) gümüş medal qazanıb. Sənan Əliyev isə şəxsi yarışlarda bürünc medala sahib çıxıb.

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …