DGK İSM “Gömrükçü” İK-nın idmançısı dünya çempionu oldu

Noyabrın 1-dən 5-dək Rusiyanın paytaxtı Moskvada pouerliftinq üzrə dünya çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Bayram Əliyev də qüvvəsini sınayıb. Təmsilçimiz 90 kq çəki dərəcəsində çıxış edərək benç-press növündə 260 kq ağırlığın öhdəsindən gəlib. Xatırladaq ki, idmançımız ötən il keçirilən dünya çempionatında da bütün rəqiblərini üstələyərək qalib olmuşdu.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …