DGK İSM “Gömrükçü” İK-nın güləşçisi Avropa çempionatının gümüş medalını qazanıb

Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Taleh Məmmədov qüvvəsini sınayıb. 63 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ölkəmizə gümüş medal qazandırıb. Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimizin təcrübəli üzvü qitə çempionatında ikinci yeri tutmaqla karyerasının ən yüksək nəticəsinə imza atıb. 31 yaşlı pəhləvanımız yarışdakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib: “Yarışa çox yaxşı hazırlaşmışdıq. Güləş Federasiyası bunun üçün hər cür şərait yaratmışdı. Gündə 3 dəfə məşq edirdik. Daha öncə Avropa üçüncüsü olmuşdum. Bu dəfə məqsədim çempion olmaq idi. Təlim-məşq toplanışlarımız yüksək səviyyədə keçmişdi. Çəkisalmada da problem olmamışdı. Heç bir yarışda olmadığı qədər həvəsli və istəkliydim. Avropa çempionatında zəif rəqib olmur. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdır. Ancaq xalçaya yalnız çempionluq üçün çıxmışdım. İlk görüşdə bolqar güləşçiyə iki gözəl fəndlə qalib gəldim. Daha sonra Ermənistan idmançısıyla qarşılaşdım. Yeniyetmələrdə Avropa və dünya mükafatçısı olub. Onlarla görüşə daha böyük motivasiya ilə çıxırıq. Çünki düşmən ölkənin təmsilçisiylə qarşılaşırıq. İndiyədək erməni rəqiblərimə heç vaxt məğlub olmamışam. Görüş çox gərgin keçdi. Hesabda 0:2 geridə idim. Son bir dəqiqədə aktiv güləşib xalımı alaraq qələbə qazandım. Bu qələbəmi hərbçi olan qardaşıma həsr edirəm. Yarımfinalda Latviya güləşçisiylə qarşılaşdım. Bu idmançı daha öncə 67 kq-da çıxış edib. Bu dəfə çəkisini 63-ə salmışdı. 1/4 finalda Avropa mükafatçısı olmuş Macarıstan təmsilçisinə qalib gəlmişdi. Ən rahat qələbəmi yarımfinalda qazandım. Finalda bir az səbirsizlik edib, artıq hərəkət etdim. Rusiyalı rəqib də fürsətdən istifadə edib xal aldı. Qazandığım gümüş medalı yenicə dünyaya gələn qızıma hədiyyə edirəm”.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …