DGK İSM “Gömrükçü” İK-nın güləşçiləri Azərbaycan birinciliyində 2 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıblar

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. Fevralın 22-də yunan-Roma, fevralın 23-də isə sərbəst güləşçilər mübarizə aparıblar. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də mübarizə apararaq medallar qazanıblar. Yunan-Roma güləşi üzrə yarışlarda Tehran (97 kq) və Əli Əminzadələr (130 kq) çempion adını qazanıblar. Dənizxan Əzimov (77 kq) gümüş, Cəlal Əliyev (72 kq) və Əsgər Əlizadə (60 kq)bürünc medallara sahib çıxıblar.

Sərbəst güləş üzrə yarışlarda isə Rahid Həmidli (97 kq) və Röyal Ağamalıyev (65 kq) gümüş medallar qazanıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.

 

 

x

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …