DGK İSM “Gömrükçü” İK-nın futzal üzrə birinciliyi keçirilib

İyulun 23-də Azərbaycan Neft Akademiyasının idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə erməni təxribatı nəticəsində Fizuli rayonunun Alxanlı kəndində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında futzal üzrə birincilik keçirilib.

Birincilik FIFA tərəfindən təsdiqlənmiş qaydalar əsasında keçirilib. Yarışın təşkilində məqsəd gənc nəsildə vətənpərvərlik hisslərinin artırılması, onlarda futzala daha da maraq oyatmaq, eləcə də “Gömrükçü”İK-nın yığma komandasının formalaşdırılması olub. Yarış izləyiciləri maraqlı və gərgin mübarizənin şahidi olublar. Yarışın yekununda mükafat qazanmış komandaların oyunçuları medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …