DGK İSM “Gömrükçü” İK-nın futzal üzrə birinciliyi keçirilib

Mayın 26-da Azərbaycan Neft Akademiyasının idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə “28 May Respublika günü”nə həsr olunmuş kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında futzal üzrə birincilik keçirilib.

Birincilik FIFA tərəfindən təsdiqlənmiş qaydalar əsasında keçirilib. Yarışın təşkilində məqsəd gənc nəsildə vətənpərvərlik hisslərinin artırılması, onlarda futzala daha da maraq oyatmaq, eləcə də “Gömrükçü”İK-nın yığma komandasının formalaşdırılması olub. Yarışda 8 komandadan 70-dək idmançı mübarizə aparıb. Yarış izləyiciləri maraqlı və gərgin mübarizənin şahidi olublarBirinci yer “Gömrükçü-1”, ikinci yerə  “Gömrükçü-2”, üçüncü yerə isə “Gömrükçü-3” komandası layiq görülüb. Yarışın yekununda mükafat qazanmış komandaların oyunçuları medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bu xəbərə də bax

Təmsilçilərimiz Arkoda idman dırmanması üzrə yarışlarda çıxış edirlər

   Avqustun 3-də İtaliyanın Arko şəhərində idman dırmanması üzrə “Rock Junior” festivalına start verilib. Yarışda Azərbaycan …