DGK İSM “Gömrükçü” İK-nın dırmanıcıları Aprel Şəhidlərinin xatirəsinə həsr olunmuş Kubokda fərqləniblər

 Aprelin 29-da “ClimBaku” Mərkəzində idman dırmanmasının boldrinq növü üzrə Aprel Şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində baş tutan yarışda aprel şəhidlərinin ailə üzvləri, aprel döyüşlərinin iştrakçıları, Qarabağ müharibəsinin veteranları, müvafiq icra hakimiyyəti orqanları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının yaxından köməyi ilə keçirilib.

Kubokda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Qadınlar arasında keçirilən yarışlarda klubun üzvü Aysel Sultanova, kişilər arasında isə Stanislav Filyayev gümüş medala layiq görülüb. Ümumi hesabda “Gömrükçü” İK-nın komandası ikinci pillədə qərarlaşaraq kuboka layiq  görülüb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …