DGK İSM “Gömrükçü” İK-nın cüdo üzrə açıq birinciliyi keçirilib

 


Sentyabrın 24-də Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun cüdo üzrə uşaqlar və kiçikyaşlı yeniyetmələr arasında açıq birinciliyi keçirilib. Yarışın açılış mərasimində Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin İsmayılov və “Gömrükçü” İK-nın cüdo bölməsinin baş məşqçisi Bəxtiyar Hacıyev iştirak ediblər. Açılış mərasimində çıxış edən Elmar Babanlı birincilikdə fərqlənən idmançıları Bakı və respublika yarışlarında da qalib gələrək yığma komandanın heyətində ən mötəbər yarışlarda ölkəmizi təmsil edəcəklərinə inandığını bildirib. Federasiyanın baş katibi belə yarışların təşkilində “Gömrükçü” İdman Klubuna dəstək olacaqlarını qeyd edib. Elçin İsmayılov və Bəxtiyar Hacıyev “Gömrükçü” İdman Klubunun cüdo idman növünün təbliğati istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini və belə yarışlarln yeniyetmə idmançıların hazırlığında xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışların final mərhələsinə start verilib. Qeyd edək ki, turnirdə 12 komandanın heyətində 210 idmançı mübarizə aparıb.

 


Yarışda komanda heyətində birinci yerə Sumqayıt idmançıları layiq görülüblər. “Gömrükçü” İdman Klubu ikinci, “Qəbələ” klubu isə üçüncü yeri tutub. Qaliblər diplom, medal və quymətli hədiyyələrlə təltif olunublar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …