DGK İSM “Gömrükçü” İK-nın cüdo üzrə açıq birinciliyi keçirilib

Noyabrın 30-da Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 2006-2007-ci illər təvəllüdlü kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə açıq birinciliyi keçirilib. Yarışda 14 komandadan (“Gömrükçü” İK,  Abşeron  OİK, “Sərhədçi”  İOM,  “Hədəf” İK İB, Kano  PCİK, “Neftçi”  İK İB, “Qara Bəbir”  İK, “Qaradağ  İK, “Ruslan 93”  İK İB, “Şahin” İK, “Turan” İK,  10 saylı UGİM, “Zenit” İC İB, Sumqayıt) 111 idmançı mübarizə aparıb. Ümumi hesabda DGK İSM “Gömrükçü” İK-nın komandası birinci pillədə qərarlaşıb. “Neftçi” İK İB ikinci, Kano PCİK-ın komandası isə üçüncü pillədə qərarlaşıb.  Açıq birincilikdə I, II, III yerləri tutmuş idmançılar diplom və medallarla təltif ediliblər. Yarışda fərqlənənlərə “ən gənc”, “ən əzmkar”, “ən texnikalı” idmançı, “ən yaxşı hakim” və “ən yaxşı məşqçi” nominasiyaları üzrə diplomlar da təltif olunub.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …