DGK İSM “Gömrükçü” İK-nın boksçusu Qazaxıstanda bürünc medal qazanıb

   

 

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları qüvvələrini sınayıblar.

Turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yığmamızın heyətində Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, finalda məğlub olan Tural Sarıyev (50 kq) ikinci yeri tutub.

Digər boksçularımızdan Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, 70 kq çəki dərəcəsində yığma komandanın heyətində mübarizə aparan boksçu Rza Rzazadə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisidir.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …