DGK İSM “Gömrükçü” İK-nın boks üzrə komandası “Təhsil” RIM-in açıq respublika birinciliyində üçüncü olub

24-29 iyun 2019-cu il tarixlərində keçirilən “Təhsil” RİM-in boks üzrə açıq respublika birinciliyi başa çatdı. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 28 komandanın 333 idmançısı iştirak etdi. 2005-2006-cı il təvəllüdlü boksçular arasında keçirilən yarışda 20 çəki dərəcəsi üzrə qaliblər müəyyən edildi.Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin komandaları ilə yanaşı idman klublarının və idman cəmiyyətlərinin də komandaları da mübarizə apardılar.
Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında I yerə “Təhsil” Respublika İdman Mərkəzinin, II yerə “Neftçi” İdman Sağlamlıq Mərkəzinin və III yerə isə “Gömrükçü”İK-nın komandaları layiq görüldü. Qeyd edək ki, “Gömrükçü”İK-nın məşqçi-müəllimi Samir Həsənovun rəhbərliyi altında çıxış edən “Gömrükçü”İK-nın təmsilçiləri 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar.
Qaliblər “Təhsil” RİM-in kubok, medal və diplomları ilə təltif edildi.
Yarışın keçirilməsinin əsas məqsədi, mərkəzin 2005-2006-cı il yaş qrupu üzrə yığma komandasını formalaşdırmaq, idmançılar arasında dostluq əlaqələri yaratmaq, uşaq və yeniyetmələr arasında boks idman növünün təbliğ edilməsindən ibarət idi.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …