DGK İSM “Gömrükçü” İK-nın bədii gimnastları “Kürdəmir kuboku”nda çıxış edəcəklər

14484888_688804237938523_6577530884038628760_nOktyabrın 9-da Kürdəmirdə bədii gimnastika üzrə “Kurdəmir kuboku” adlı yarış keçiriləcək. Yarışda 14 klubdan 100-dək idmançı qüvvəsini sınayacaq.
Yarışın təşkilində məqsəd region idmançıları arasında bu idman növünə həvəsi artırmaq, perspektivli və istedadlı gimnastları üzə çıxarmaqdır.
Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun bədii gimnastika bölməsinin məşqçisi, beynəlxalq dərəcəli hakim Alfiya Mantovanın rəhbərliyi altında 10 idmançı təmsil edəcək. Klubun üzvlərindən ­­­Türkan Həsənli, Darya Kanyakina, Zəhra Həsənova, Ayan Əliyeva, Aydan Məmmədova, Sofiya Cahangirova, Ayla Xankişiyeva, Cəmilə Tağıyeva, Aliyə Məmmədova, Selcan Qəhrəmanova fərdi növlərdə çıxış edəcəklər. Ayrı-ayrı idman növləri ilə yanaşı, Ayla Xankişiyeva, Cəmilə Tağıyeva, Aliyə Məmmədova, Sofiya Cahangirovadan ibarət qrup komandası da yarışda qüvvəsini sınayacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …