DGK ISM “Gömrükçü” İK-nın açıq birinciliyində yeniyetmə və gənclər arasında qaliblər müəyyənləşib

 

Avqustun 26-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə idman dırmanması üzrə yeniyetmə, gənclər və böyüklər arasında keçirilən “Gömrükçü” İdman Klubunun açıq birinciliyi və çempionatına start verilib. Yarışda “Gömrükçü” İK ilə yanaşı “Qərb Universiteti” İK, “Qafqaz”İK, “Ekosport” İK, FHN İSK, “Kyanite”İK, “Şəki AMA”İK, “Salavat” İK (Qusar), “Tornado” İK, “Gilavar”İdman Klubundan ümumilikdə 70-dək idmançı qüvvəsini sınayır. Qeyd edək ki, “Gömrükçü” İdman Klubunu bu yarışda hər üç yaş qrupu üzrə 24 idmançı təmsil edir.
“ClimBaku” idman dırmanması mərkəzində təşkil edilən yarışın açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İSM-in baş direktoru Xəzər İsayev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O dırmanma idman növünün Olimpiya Oyunlarının proqramına daxil edildiyini, bu idman növündə ölkəmizdə kütləviliyin təmin olunması istiqamətində görülən işlərdən söz açıb. FAIREX-in vitse-prezidenti Teymur Nəcəfzadə çempionatda mübarizə aparan hər bir idmançıya uğurlar arzulayıb. O, belə turnirlərin ölkəmizdə idmanın bu növünün inkişafında önəmini vurğulayıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, çempionat açıq elan edilib.Qeyd olunub ki, yarışın keçirilməsi əlamətdar bir günə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum gününə təsadüf edir. Dövlət Gömrük Komitəsi rəbərliyi və idman dırmanması üzrə yarış iştirakçıları adından Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya təbrik müraciəti ünvanlanıb.
Daha sonra gənclər arasında çətinlik növü üzrə yarışların final mərhələsi keçirilib. Gərgin keçən mübarizənin yekununda qaliblər müəyyənləşib. Oğlanlar arsında Gəray Əliyev (“Ekosport” İK) qızıl, Tərlan Həsənzadə (“Şəki AMA” İK) gümüş, Stanislav Filyayev (“Gömrükçü” İK) bürünc medal qazanıb. Qızlar arasında “Gömrükçü” İK-nın üzvü Əzizə Bayram yüksək əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərini üstələyib. Onun komanda yoldaşı Mələk Kərimova ikinci, “Ekosport” İK-nın təmsilçisi Leyla Abdullazadə isə üçüncü olub. Ümümi hesabda “Gömrükçü-1” komandası birinci, “Ekosport”İK ikinci, “Gömrükçü-2” komandası isə üçüncü pillədə qərarlaşaraq kuboka layiq görülüb. Avqustun 27-də yeniyetmə qızlar və oğlanlar arasında ən güclülər müəyyənləşib.
Qızlar arasında Ayan Əliyeva (“Gömrükçü” İK)  qızıl medal qazanıb. Tükəzban Məmmədli (“Gömrükçü” İK) ikinci, Nəzifə Tağıyeva (“Gömrükçü” İK)  isə üçüncü olub. Oğlanlar arasında İslam Qocayev (“Gömrükçü” İK) birinci, Çingiz Babayev (“Kyanite”İK) ikinci, Əli Novruzzadə (“Gömrükçü” İK) isə üçüncü yeri tutub. Qeyd edək ki, sentyabrın 9-10-da isə böyükyaşlı idmançılar boldrinq və sürət növlərində bacarıqlarını nümayiş etdirəcəklər.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …