DGK İSM “Gömrükçü” İK-nın 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Açıq birinciliyi keçirildi

Yanvarın 22-də 111 saylı orta məktəbin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş şaolin döyüş sənəti üzrə açıq birinciliyi keçirildi. Yarışda 8 komandadan 76 idmançı bacarığını nümyaiş etdirdi. Birincilikdə “Gömrükçü” İK, “Neftçi İK”İB, “Dəmir Yumruq”, “Polad”, “Bakı”, “Çempion”, “Murovdağ”, “Ruhi” idman klublarındam 2003-2005-ci illər təvəllüdlü yeniyetmələr, eləcə də 2006-2008-ci illər təvəllüdlü kiçikyaşlı yeniyetmələr mübarizə aparırdılar.
Yarışın açılış mərasimində Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyev, federasiyanın vitse-prezidentləri Niyazi Xəlilov, Rauf Əliyev iştirak edirdilər. Rafıq Əliyev çıxış edərək yarışın təşkilin görə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevə öz minnətdarlığını bildirdi.

O qeyd etdi ki, vətən torpaqlarının azadlığı uğrunda canlarından keççiş şəhidlərimizin ruhu daim qəlbimizdə yaşayacaqdır. 20 yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan edildi. Qeyd edək ki, birincilik zamanı ədalət prinsiplərinə sadiq məşqçi, hakim və idmançılar da mükafatlandırıldılar. “Ədalət prinsiplərinə sadiq məşqçi” nominasiyası üzrə Rafət Əsədov, “Ədalət prinsiplərinə sadiq hakim” nominasiyası üzrə Hikmət Xəlilov, “Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyası üzrə isə Cəlal Mustafayev fəxri diploma layiq görüldü.Gərgin keçən yarışların yekununda qaliblər elan olundu. Qaliblər DGK İSM “Gömrükçü” İK tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …