DGK İSM “Gömrükçü” İdman Klubunun yetirməsi hərbçilər arasında dünya çempionatının bürünc medalına sahib çıxıb

img_20160924_wa0004-17775-920-485-100-wm-right_bottom-100-imageswmpng-1Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.
4 qitəni təmsil edən 35 ölkədən 300-dək idmançının mübarizə apardığı yarışın son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı komandamıza 71 kq-da mübarizə aparan Həsən Əliyev qazandırıb.
Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. Bürünc medalları isə komandamıza Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) qazandırıb. Qeyd edək ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Sənan Əlimirzəyev Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun yetirməsidi.

14748982185149631310_1000x669
Qeyd edək ki, bu nəticə ilə yunan-Roma yığmamız 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Rusiya (61 xal) birinci, Ukrayna (52 xal) üçüncü yerdə qərarlaşıb. Azərbaycan yığma komandası sentyabrın 26-da Vətənə qayıdıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …