DGK İSM “Gömrükçü” İdman Klubunun boksçuları yarışlarda fərqləniblər

 

Mayın 2-dən 7-dək Gürcüstanda boks üzrə beynəlxalq turnir keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun boksçusu Surət Qarayev gənclər arasında ikinci pillədə qərarlaşıb. Mayın 7-dən 12-dək isə Qazaxıstanın Çimkənt şəhərində yeniyetmələr arasında beynəlxalq turnir təşkil edilib. Yarışda “Gömrükçü” İK-nın üzvü Rüfət Nəbiyev (66 kq) bürünc medala sahib çıxıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …