Cüdoçularımız Azərbaycan birinciliyində uğurla çıxış ediblər

 

Fevralın 27-28-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun idmançıları da qüvvələrini sınayıblar. Klubun cüdo üzrə məşqçi-müəllimi Orxan Hacıağalının yetirmələri Aliyə Müslümova (78 kq) və Rövşən Alıyev (60 kq) uğurla çıxış edərək qızıl medala layiq görülüblər. Klubun digər üzvü Yaqut Cavadova (73 kq) isə bürünc medal əldə edib.  

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …