Cüdoçumuz Avropa birinciliyində gümüş medal qazanıb

 

Sentyabrın 12-14-də Finlandiyanın Vantaa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Yarışda  Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu yığma komandanın tərkibində Rövşən Əliyev təmsil edib. Klubun məşqçi-müəllimi İlham Məmmədovun yetirməsi olan Rövşən Əliyev 60 kq çəki dərəcəsində uğurla çıxış edərək gümüş medala layiq görülüb.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …