Cüdo üzrə Avropa birinciliyinin ilk günündə 2 qızıl medal

Avqustun 17-də Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günüdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükcü” İdman Klubunun 2 təmsilçisi-İslam Rəhimov (55kq) və Xəyal Həsənov (50kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıblar.

Qeyd edək ki, cüdoçumuz İslam Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli Samvel Mxitaryanı məğlub edərək üçrəngli bayraımızı dalğalandırıb, himnimizi səsləndirib.
Yarışlara sabah yekun vurulacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …