Xəbərlər

DGK İSM “Gömrükçü”İK-nın atleti Bakı ikincisi olub

  Yanvarın 11-12-də Respublika Olimpiya Manejində atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisi Rahib Məmmədov da qüvvəsini sınayıb. İdmançımız 60 m məsafəyə qaçışda gümüş medal qazanıb.

Ardını oxu »

DGK İSM “Gömrükçü”İK-nın taekvondoçuları Abşeron rayon açıq birinciliyində uğurla çıxış ediblər

  Yanvarın 12-13-də 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo üzrə Abşeron rayon açıq birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də məşqçi müəllimlər Vurğun Cəfərov, Müqabil Məmmədov və Kazım Kazımovun rəhbərliyi altında qüvvələrini sınayıblar. Yeniyetmə və gənclər arasında keçirilən yarışda idmançılarımızdan Yusif Şükürov …

Ardını oxu »

Boksçularımız 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq birincilikdə mübarizə aparıblar

Yanvarın 19-20-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında  Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş  boks üzrə açıq birinciliyi keçirilib. Yarışda “Gömrükçü”İK ilə yanaşı, “Sərhədçi”İOM, “Cənub”İK, “Yardımlı-Viləş”, “Astara”İK, “Çempion”İK-dan 95 idmançı mübarizə aparıblar. Tədbirin açılış mərasimində çıxış edən “Gömrükçü”İK-nın boks …

Ardını oxu »

Savat idman növü üzrə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq birincilik keçirilib

Yanvarın 19-da Azərbaycan Boks Mərkəzinin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş savat idman növü (fransız boksu) üzrə açıq birinciliyi keçirilib. Tədbirin rəsmi açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İSM-ın baş direktoru  Xəzər İsayev, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov, …

Ardını oxu »

MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən mükafatlar təqdim olunub

  Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turnirində Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən hazırlanan xüsusi mükafatlar təqdim olunub. Sərbəst-güləş üzrə yarışlarda güləşçimiz Əbülfəz Nəsirov “ədalətli oyun prinsiplərinə sadiq idmançı”, Zaur Umarakaev (Rusiya) “ədalətli oyun prinsiplərinə …

Ardını oxu »

20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri başa çatıb

  Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri start götürüb. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edir. İlk yarış günündə 45, 48, 51, 55, 60 və 65 kq-da sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb. …

Ardını oxu »

Taekvondo üzrə Azərbaycan çempionatında Ədalətli Oyunlar Komissiyasının mükafatları təqdim olunub

Dekabrın 28-də taekvondo üzrə Azərbaycan çempionatının son günü Azərbaycan Ədalətli Oyunlar Komissiyasının 3 nominasiya üzrə mükafatları təqdim olunub. Mükafatları sahiblərinə MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov təqdim ediblər. “Ədalətli oyun prinsiplərinə sadiq hakim” Elşad Məmmədov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” …

Ardını oxu »

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub

  Dekabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər. …

Ardını oxu »

İdman dırmanması üzrə yığmamızın üzvü Gürcüstanda gümüş medal qazanıb

  Dekabrın 27-28-də Tbilisi şəhərində yeniyetmələr arasında Gürcüstanın açıq çempionatı keçirilib. Azərbaycanın yığma komandası bu yarışda 3 idmançı ilə təmsil olunub. Boldrinq növü üzrə keçirilən yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı Mədinə Abdullayeva uğurla çıxış edib. 2009-2010-cu illər təvəllüdlü idmançılar …

Ardını oxu »