Rio-2016

Taekvondoçumuz Patimat Abakarova Olimpiadada avqustun 17-də mübarizəyə qoşulacaq

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışları avqustun 17-də başlayacaq və 20-də başa çatacaq. Karioka-3 Arenasında keçiriləcək yarışlarda ölkəmiz ilk dəfə olaraq dörd idmançı – iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Yarışlarda dünya və Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi Radik İsayev, Avropa Oyunlarının qalibi Milad …

Ardını oxu »

Azərbaycan Olimpiya yığmasının heyətində ən gənc idmançı üzgüçü Fatimə Alkərəmovadır

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin heyətində ən gənc idmançı 14 yaşlı üzgüçü Fatimə Alkərəmovadır. İdmançımız üzgüçülüklə 2012-ci ilin iyulundan məşğul olmağa başlayıb. O, həmin ilin noyabrında “Şən delfin” açıq Bakı birinciliyində 50 metr məsafəyə batterflay üsulla yarışda bürünc medala sahib olub. Bu, Fatimənin ilk uğuru idi. …

Ardını oxu »

Rio Olimpiya Kəndində Azərbaycan bayrağı avqustun 3-də qaldırılacaq

Azərbaycanın Olimpiya millisi avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək. AZƏRTAC xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir deyib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra Olimpiya Kəndində Azərbaycan …

Ardını oxu »

Vinisius və Tom “Rio-2016”da idmançıları səbirsizliklə gözləyirlər

Olimpiyadanın rəsmi talismanı 2014-cü il noyabrın 24-də təqdim olunub. Təşkilatçılar talismanda Braziliyanın zəngin flora və faunasını ümumiləşdirilmiş obrazlarda birləşdiriblər. Olimpiya Oyunlarının talismanı gülərüzlü sarı “vəhşi” seçilib. Paralimpiya Oyunlarının rəmzi isə “vəhşi”nin göy və yaşıl rənglərə boyanmış versiyasıdır. Braziliyada təşkil olunmuş üçhəftəlik səsvermə nəticəsində talismanlara Vinisius və Tom adları verilib.

Ardını oxu »

Rio-2016-da Azərbaycan komandasının bayraqdarı boksçu Teymur Məmmədov olacaq

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı boksçu Teymur Məmmədov olacaq. Bu məsələyə münasibət bildirən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan …

Ardını oxu »

Rio-2016 Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. Medallar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirak etdiyi mətbuat konfransında təqdim olunub. Ümumilikdə olimpiada zamanı 2488 medal təqdim olunacaq ki, onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü isə bürüncdür. Hər bir medalın çəkisi 500 qramdır. Qızıl medalların tərkibinə kənar …

Ardını oxu »

DGK İSM “Gömrükçü” İK-nın taekvondoçusu Rio-2016-ya hazırlığı Koreyada keçir

Azərbaycanın qadın taekvondoçuları Koreya Respublikasına yollanıblar. Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park iki idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib. “Rio-2016” Olimpiadasına lisenziyanı təmin edən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erişin (62 kq) hazırlığı iyulun 8-dək davam …

Ardını oxu »

Ruslan Lunyov

  Adı: Ruslan Soyadı: Lunyov Təvəllüdü: 25.07.1989 İdman növü: Güllə atıcılığı Nailiyyətləri: Avropa çempionatının 4-cüsü. Avropa kubokunun gümüş mükafatçısı. 2016-cı ilin may ayında Almaniyada keçirilən beynəlxalq turnirin qalibi. Rio-2016-ya iştirak hüququnu vayld kart vasitəsilə qazanıb.  

Ardını oxu »

Olqa Senyuk

Adı: Olqa Soyadı: Senyuk Təvəllüdü: 23.01.1991 İdman növü: Kamandan oxatma Nailiyyətləri: I Avropa Oyunlarının iştirakçısı. Rio-2016-ya lisenziyanı mayda İngiltərənin Nottingem şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində üçüncü yeri tutmaqla qazanıb.

Ardını oxu »

Daha bir velosipedçimiz “Rio-2016”ya lisenziya qazanıb

Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Yelena Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar …

Ardını oxu »