Rio-2016

Yunan-Roma güləşçisi Rəsul Çunayev “Rio-2016”da bürünc medal qazanıb

XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb. Görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının …

Ardını oxu »

Azərbaycan avarçəkəni İnna Osipenko-Radomskaya “Rio-2016”da bürünc medala yiyələnib

Avqustun 16-da Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya “Rio-2016” Yay Olimpiya Oyunlarında qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışın final yürüşündə çıxış edib. 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü səkkiz idmançı arasında həlledici mərhələni 40.401 saniyə nəticə ilə tamamlayaraq bürünc medal qazanıb. İnna Osipenko-Radomskaya ölkəmiz adına …

Ardını oxu »

Güləşçimiz Sabah Şəriəti “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb. Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olub. Dörddəbir final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, “Bakı-2015″ …

Ardını oxu »

Kamran Şahsuvarlı “Rio-2016”nın ən azı bürünc medalını təmin edib

Kamran Şahsuvarlı “Rio-2016”nın ən azı bürünc medalını təmin edib “Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.   Əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu – dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib. Döyüşdə rəqibinə 2:1 …

Ardını oxu »

“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıb

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar. Mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, …

Ardını oxu »

Cüdoçumuz Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Elmar Qasımov “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə – avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov …

Ardını oxu »

Taekvondoçumuz Olimpiadaya yola düşüb

Azərbaycanı taekvondo idman növü üzrə «Rio 2016 Yay Olimpiya Oyunları»nda təmsil edəcək idmançılardan olan DGK İSM “Gömrükçu” İdman Klubunun üzvü Patimat Abakarova (-49 kq) və qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Sun Mi Park dünən Braziliyaya yola düşdü. Xatırladaq ki,digər 3 taekvondoçumuz- Fəridə Əzizova (-67 kq), Milad Beigi Hərçəqani (-80 kq) …

Ardını oxu »

DGK İSM “Gömrükçü”İK-nın taekvondoçusu bu gün Braziliyaya yola düşür

Azərbaycanı taekvondo idman növü üzrə «Rio 2016 Yay Olimpiya Oyunları»nda təmsil edəcək idmançılardan Patimat Abakarova (-49 kq) bu gün axşam saatlarında təyyarə ilə Braziliyaya yola düşür. Taekvondoçumuzu yola salmaq istəyənlər saat 23:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəlməklə, idmançımıza dəstək verə bilərlər. Digər 3 taekvondoçumuz- Fəridə Əzizova (-67 kq), …

Ardını oxu »

Cüdoçu Rüstəm Orucov Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırıb

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb. Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub. Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. …

Ardını oxu »