Rio-2016

“Rio-2016”dan qayıdan Azərbaycan idmançıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından Vətənə qayıdan Azərbaycan millisinin üzvləri avqustun 23-də ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda …

Ardını oxu »

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Bakıda təntənə ilə qarşılanıb

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də Vətənə qayıdıblar. “Rio-2016” Olimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal …

Ardını oxu »

“Rio-2016” Yay Olimpiya Oyunlarına yekun vurulub

Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasiminə start verilib. Əvvəlcə sambaçıların ifasında Rionun görməli yerləri, Olimpiya halqaları təqdim olunub və musiqili hissə başlayıb. İyirmi yeddi uşağın ifasında Braziliyanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb. Uşaqların sayı Braziliyanın …

Ardını oxu »

Azərbaycan idmançıları “Rio-2016”da 18 medal qazanıblar

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. Olimpiya Oyunlarında 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular …

Ardını oxu »

Radik İsayev Azərbaycana Rio-2016-da ilk qızıl medal qazandırdı 

Radik İsayev Azərbaycana Rio-2016-da ilk qızıl medal qazandırdı Radik İsayev “Rio-2016” da Azərbaycanın hesabına ilk qızıl medal yazdırıb. Finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. …

Ardını oxu »

“Patimatın qazandığı bürünc mükafat Azərbaycanın taekvondo tarixində ilk Olimpiya medalıdır”

  Qeyd edək ki, Patimat Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisidir. İdmançımızın çıxışları başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevlə əlaqə yaradıb Patimat Abakarovanın Olimpiya Oyunlarında çıxışı ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik. Xəzər İsayev …

Ardını oxu »

“Taekvondo tariximizdə ilk medalımızı qazanmaq şərəfi mənə nəsib olduğu üçün xoşbəxtəm”

Medal döyüşündən dərhal sonra Rio-2016-nın bürünc medalçısı, taekvondoçumuz Patimat Abakarova “İdman” qəzeti əməkdaşının suallarını cavablandırıb. – İlk döyüşdə çox həyəcanlı idim. Demək olar ki, tam açılışanadək məğlub oldum. Təsəlli yarışında iştirak etmək şansı yarananda özümə söz verdim ki, bu imkandan istifadə etməliyəm. Bilirəm ki, çoxları mənim medal qazanacağıma inanmırdı. Lakin …

Ardını oxu »

Azərbaycanın taekvondo tarixində ilk Olimpiya medalını “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova qazandı

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə – avqustun 17-də qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb. Turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova səkkizdəbir finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci …

Ardını oxu »

DGK İSM “Gömrükçü”İK-nın üzvü Patimat Abakarova Rio-2016-da mübarizəyə başlayır

Avropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı DGK İSM “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq. 49 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz turnirə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi serbiyalı Tiyana Boqdanoviç olacaq. Bu rəqib həmyerlimiz …

Ardını oxu »

Azərbaycan taekvondoçularının “Rio-2016”da ilk rəqibləri məlum olub

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançılarının birinci mərhələdəki rəqibləri müəyyənləşib. Azərbaycan taekvondoçuları yarışlara səkkizdəbir final mərhələsindən qoşulacaqlar. Braziliyada tam heyətlə təmsil olunacaq komandamızda qadınların yarışında Avropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı DGK İSM “Gömrükçü” İSM-ın təmsilçisi Patimat Abakarova (49 kq) serbiyalı Tiyana Boqdanoviç ilə …

Ardını oxu »