Olimpiya Oyunları

MOK-un vitse-prezidenti  Xəzər İsayev Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib

Noyabrın 17-də Belçikanın paytaxtı Brüsseldə “Dünya Ədalətli Oyunlar Mükafatları-2016”-nın, noyabrın 20-də isə Türkiyənin İstanbul şəhərində “Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”-nın təqdimetmə mərasimi keçirilib. Hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təmsil edib. MOK-un vitse-prezidenti Xəzər İsayev Türkiyə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi tərəfindən …

Ardını oxu »

Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım …

Ardını oxu »

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin …

Ardını oxu »

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib. AZƏRTAC xəbər verir ki, baş məclisdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2013-2016-cı illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər …

Ardını oxu »

Azərbaycan idmançıları “Rio-2016”da 18 medal qazanıblar

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. Olimpiya Oyunlarında 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular …

Ardını oxu »

Radik İsayev Azərbaycana Rio-2016-da ilk qızıl medal qazandırdı 

Radik İsayev Azərbaycana Rio-2016-da ilk qızıl medal qazandırdı Radik İsayev “Rio-2016” da Azərbaycanın hesabına ilk qızıl medal yazdırıb. Finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. …

Ardını oxu »

Vinisius və Tom “Rio-2016”da idmançıları səbirsizliklə gözləyirlər

Olimpiyadanın rəsmi talismanı 2014-cü il noyabrın 24-də təqdim olunub. Təşkilatçılar talismanda Braziliyanın zəngin flora və faunasını ümumiləşdirilmiş obrazlarda birləşdiriblər. Olimpiya Oyunlarının talismanı gülərüzlü sarı “vəhşi” seçilib. Paralimpiya Oyunlarının rəmzi isə “vəhşi”nin göy və yaşıl rənglərə boyanmış versiyasıdır. Braziliyada təşkil olunmuş üçhəftəlik səsvermə nəticəsində talismanlara Vinisius və Tom adları verilib.

Ardını oxu »

Olimpiadaya özunəməxsus tərzdə hazırlaşan idmançılar

  Hər bir idmançı Olimpiya Oyunlarına özunəməxsus tərzdə hazırlaşır. Bəziləri günlərlə gərgin məşq edir….Bəziləri isə sadəcə bərbərə gedərək yeni dəb formalaşdırmaqla məşğuldur. Bir sıra tanınmış idmançıların Olimpiada zamanı üstünlük verdikləri saç düzmlərini oxucularımıza təqdim edirik.    

Ardını oxu »

Rio-2016 Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. Medallar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirak etdiyi mətbuat konfransında təqdim olunub. Ümumilikdə olimpiada zamanı 2488 medal təqdim olunacaq ki, onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü isə bürüncdür. Hər bir medalın çəkisi 500 qramdır. Qızıl medalların tərkibinə kənar …

Ardını oxu »

Daha bir velosipedçimiz “Rio-2016”ya lisenziya qazanıb

Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Yelena Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar …

Ardını oxu »