Ədalətli oyunlar

MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən mükafatlar təqdim olunub

  Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turnirində Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən hazırlanan xüsusi mükafatlar təqdim olunub. Sərbəst-güləş üzrə yarışlarda güləşçimiz Əbülfəz Nəsirov “ədalətli oyun prinsiplərinə sadiq idmançı”, Zaur Umarakaev (Rusiya) “ədalətli oyun prinsiplərinə …

Ardını oxu »

Taekvondo üzrə Azərbaycan çempionatında Ədalətli Oyunlar Komissiyasının mükafatları təqdim olunub

Dekabrın 28-də taekvondo üzrə Azərbaycan çempionatının son günü Azərbaycan Ədalətli Oyunlar Komissiyasının 3 nominasiya üzrə mükafatları təqdim olunub. Mükafatları sahiblərinə MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov təqdim ediblər. “Ədalətli oyun prinsiplərinə sadiq hakim” Elşad Məmmədov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” …

Ardını oxu »

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub

  Dekabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər. …

Ardını oxu »

Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK), Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri, DGK İSM-ın baş direktoru Xəzər İsayev çıxış edərək, seminarın …

Ardını oxu »

Türkiyə mətbuatı Xəzər İsayevin müəllifi olduğu “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı ilə bağlı məqalə dərc edib

  Türkiyənin tanınmış “Yenigun” qəzetində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevin müəllifi olduğu “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabından bəhs edən məqalə dərc olunub. Tanınmış jurnalist Avni Erboyun müəllifi olduğu “Azerbeycan spor tarihinə damga vuran kitab…” sərlovhəli yazıda Azərbaycan Respublikasinin Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab …

Ardını oxu »

Azərbaycan nümayəndə heyəti AƏOH-un 24-cü Konqres və Assambleyasında ölkəmizi təmsil edib

 Noyabrın 22-23-də Belçikanın paytaxtı Brüsseldə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 24-cü Konqres və Assambleyası keçirilib. Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər. Noyabrın 23-də Avropa Regionlar Komitəsində …

Ardını oxu »

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi qeyd olunub

Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti və AzƏOK-un sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar …

Ardını oxu »

MOK rəsmiləri Beynəlxalq Konqresdə ölkəmizi təmsil edəcəklər

İyunun 7-dən 10-dək İsrailin Netanya şəhərində 5-ci Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmləri Konqresi keçiriləcək. İsrail Milli Olimpiya Komitəsi, Nikosiya Universiteti və Vinqeyt adına İsrail Bədən Tərbiyəsi və İdman İnstitutunun təşkilatçılığı ilə keçiriləcək Konqresdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və MOK-un baş …

Ardını oxu »

Xəzər Isayev BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilmişdir

 Martın 23-24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin İclası keçirilib. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev iştirak etmişdir. Tədbir çərçivəsində gündəlikdə dayanan bir sıra məsələlər müzakirə olunaraq öz həllini tapmışdır. Qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Ədalətli Oyunlar …

Ardını oxu »