Bu gün gömrük işçilərinin peşə bayramıdır

 

Bu gün müstəqil Azərbaycanın gömrük orqanlarının yaradılmasının 25-ci ildönümü tamam olur.

Dövlət Gömrük Komitəsi Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da yaradılıb.

Dövlət Gömrük Komitəsi ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Lakin Azərbaycan gömrüyü iqtisadiyyatın digər sahələri kimi, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq, həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlayıb. Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.

Bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də Heydər Əliyev adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 1997-ci il yanvarın 10-da imzaladığı sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 25 illik yubileyi münasibətilə gömrük əməkdaşlarını təbrik edirik!

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …