Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək

0_12dbad_4ea4022b_XLXXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarlamüqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.
Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcək.
Mötəbər yarışın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olacaq. Olimpiya məşəlini əfsanəvi futbolçu Pelenin alovlandırması gözlənilir. Olimpiadad iştirak edəcək.0_13ee7d_c1285ce_XL

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …