Bu gün 5 mart “Bədən Tərbiyəsi və İdman Günü”dür

NDA_9560

Bu gün idman ictimaiyyəti 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Bayramla əlaqədar gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev, gənc, veteran idmançılar və idman ictimaiyyətinin çoxsaylı nümayəndələri bu əlamətdar  günü qeyd etmişlər.

İdman ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidləri ziyarət edib, əbədi məşəl abidəsi önünə çiçək dəstələri qoyublar.

Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Şəhidlər Xiyabanının önündən bayram veloyürüşü başlayıb.

1995-ci ilin bu günü ulu öndərimiz Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir. Gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

Bu məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. Ölkə başçımız, cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsi sahəsini əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə daha da artır.

Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına çox müvəffəqiyyətlə ev sahibliyi edir.Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bir daha idman tarixində əldə etdiyi uğurlu nailiyyətlərdəndir. Paytaxtımız  Bakı daha bir mötəbər idman yarışına – 2020-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. İddiaçılar arasında reytinq cədvəlində birinci yerdədir.İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycan həm də idman dövləti kimi tanıdır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib.Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.  İdmançılarımızın ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan diqqətinin, qayğısının, dəstəyinin nəticəsidir. Ölkəninmüxtəlifbölgələrindəçoxsaylıidmankompleksləritikilibistifadəyəverilir, mövcudidmankompleksləri, stadionlarvədigəridmanmeydançalarıtəmiredilir, gününtələblərinəuyğunyenidənqurulur.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.

NDA_9610

NDA_9626

NDA_9630

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.